Hazır olmaq vacibdir. Ev sahibliyi səyahətinizin gözəl başlaması üçün ehtiyacınız olan hər şeyə malik olduğunuza əmin olmaq istəyirik; buraya məkanınızın elanını yerləşdirərkən yerli qanun və qaydaları nəzərdən keçirmək daxildir.
Əksər şəhərlərdə ev paylaşımını əhatə edən qaydalar mövcuddur və bir çox yerlərdə xüsusi qanunlar və təlimatlar tətbiq edilə bilər (məs., zonalaşdırma, inşaat, lisenziyalaşdırma və ya vergi məcəllələri).
Bəzi yerlərdə əmlakınız üçün elan yerləşdirməzdən və ya qonaqları qəbul etməzdən əvvəl qeydiyyatdan keçməli, icazə almalı və ya lisenziya əldə etməlisiniz. Siz həmçinin müəyyən vergilərin toplanması və köçürülməsinə görə məsuliyyət daşıya bilərsiniz.
Harada, nə vaxt və necə ev sahibliyi etdiyinizə görə siz məsuliyyət daşıyırsınız, bu səbəbdən yerli qanunlar və vergilər mövzusunda özünüzü rahat hiss etməyinizi istəyirik. İstənilən sualla bağlı yerli hökumətinizlə əlaqə saxlaya bilərsiniz.
Başlamağınız üçün məsuliyyətli ev sahibliyi haqqında bəzi faydalı resursları təqdim edirik.
Məkanınızın elanını yerləşdirməzdən əvvəl regionunuzdakı qanun və qaydaları öyrənməyinizi və Ayrı-seçkilik Əleyhinə Siyasətimizi nəzərdən keçirməyinizi xahiş edirik. Xidmət Şərtlərimizi qəbul edərkən və məkanınızın elanını yerləşdirərkən müvafiq qanun və qaydalara əməl edəcəyinizi təsdiqləyirsiniz.
Fransada Ev Sahibisinizsə, qüvvədə olan qanunlara və üçüncü tərəflərlə bağlanan müqavilələrə (məsələn: icarə müqaviləsi) əməl edəcəyinizi təsdiqləyirsiniz.